İSMAYIL ÜLKƏRİN ŞEİRLƏRİYLƏ BAŞ-BAŞA ... Kobayaşi İssa مشاهده در قالب پی دی اف چاپ فرستادن به ایمیل
(2 امتیاز)
میانگین امتیار کاربران: / 2
ضعیفعالی 
نوشته شده توسط S.Bagherzadeh   
يكشنبه ، 12 ارديبهشت 1389 ، 20:34


Dişi olmayan bir səs

Eşidilir daxmadan:

“Özündədir mutluluq!”

Bir səs gəlir daxmadan; bu səs, ağzında dişi olmayan, qoca bir insanın səsidir. Bir daxmada yaşadığından, onun  yoxsul bir insan olduğu da bəllidir. Nə deyir bu səs? Bu səs deyir ki, ey mutluluq arayanlar, onu nə göydə, nə yerdə arayın, o, sizin öz içinizdədir!

Bu sözləri, dünyaya, onun gözəlliklərinə, onun ləzztlərinə göz yuman bir insan söyləmiş olsaydı, heç də qəribə görünməzdi. Biləndə ki, bu sözləri yazan, yaşamı dərin-dərin sevən bir insanmış, çaşbaş qalır insan! Bir insan ki, bir çiçəyin ehtişamı qarşısında şanlı və güclü padşahları diz çökməyə çağırırmış. Bir insan ki, xəstələnib arıqlamış bir qurbağanın kədərini duyaraq, onun qayğısını çəkirmiş. Baharda anasını itirmiş bir sərçə balasının sarsıntısını, qorxusunu, kimsəsizliyini özününki kimi duyurmuş. Demək, bu insan nə göydən, nə də yerdən uzaq deyilmiş. Dünyaya göz yummamışdır. Yaşamla iç-içə və nəfəs-nəfəsə yaşayırmış. Bu gerçəyi bilərkən, istər-istəməz özümüzdən soruruq: Bu mutluluq, göydə və yerdə deyilsə, bəs haradan gəlib bu insanın ruhunda yuva salmışdır?

Mutluluq bir ağacdırsa, onun kökünün nə göylərdə, nə yerdə, ancaq insan ruhunda olmasına inanıram.

Yoxsulluqdan, aclıqdan, acılardan, işgəncələrdən can qurtara bilmək hər bir insan üçün ən şirin və uzaq bir arzudursa, amma hələ mutluluq deyil. Ən böyük arzular da, varıldıqdan sonra, öz uzaq və sehirləyici işığını itirir və artıq içində yaşadığımız və alışdığımız bir gerçək olur. Heç zaman sehrini itirməyən, işığı sönməyən sürəkli bir mutluluq ancaq insanın ruhundadır. Bu sözləri dəyərli şairimiz Rəsul Rza-nın unudulmaz sözlərilə süsləmək istərdim:

“ Xalıları əlvan mənzildə də

Bədbəxt ola bilər insan.

Xoşbəxt ola bilər insan

İki ayaq güclə yerləşən səngərdə də.”

-Yuvalar şeirindən-

İsmayıl Ülkər-in “sevda yoldaymış” toplusundakı şeirləri, o inamlı, sönmək bilməyən işıqlarını belə bir mutluluqdan alır.

“ Səlam həyat!

Gün aydın yaşam!”

Bu sözlərdir onun poeziya ölkəsinin bayrağı. Bu bayraq altında, hər nə gözəldir, hər nə işıqlıdır və zaman bizdən axıb keçərkən varlığımızı qəlpə-qəlpə qoparıb aparan qorxulu və qaranlıq bir irmaq deyil, tərimizi sərin-sərin yuyan, yanğımızı söndürən və şirin laylasıyla canımızın yorğunluğunu silən dağ bulaqlarının dumduru, yarpız qoxulu sularıdır. Yaşam, o qədər gözəldir ki, onun dağını daşımağa, daşını qırmağa dəyər. Əllərimizin, ayaqlarımızın qabarını öpmək nə gözəldir! Çünki, bu qabar, gözəlliyinin sonu olmayan, şirinliyi dibsiz olan yaşamın qabarıdır. Yaşamın hər anı, tanrıların içdiyi göysəl və qutsal nektarlar kimidir. Hər anı, o nektarın damlaları kimi yaşamaq və dadmaq gərəkdir. Ömür tükəndimi, onun itirilmiş  gözəlliyini ölümdə  aramaq istəyir şair:

Yaşamağa dair

Boynumuza düşən

Bir iş idi “yaşamaq!”

Gözəlliyi yolunda

Əlimizdən gələni əsirgəmədik!

“Ölüm” adlı

Bir başqa iş var qarşımızda!

Biz

Onu da gözəl yaşamaq uğrunda

Əlimizdən gələni

Əsirgəməyəcəyik!

Yaşamanı bunca dolğun, bunca çılğın sevən bir ruh, yaxşı bilir ki, bu sevgini yaşatmaq üçün, ölümdə də yaşamaq gərəkdir! Çünki, bu ölüm yox olmaq deyil, olmaqdır. İnsanın olumu ötəridir, ölməmək üçün, bütün varlığın olumuna qarışmaq gərək, ölümsüz bir axıma qovuşmaq gərək:

“Olmaq”  istəyirəm!

Durulmaq istəyirəm

Durulmaq!  Bulaq kimi

Sonra

Dan yelindən dərilən bir nəfəs kimi

Şehli-şehli

Şirin-şirin

Bir çinara udulmaq istəyirəm

Udulmaq...

-Şeirdən bir parça-

“Sevda yoldaymış” toplusundakı şeirlərin bir çoxuna “mahnı” da söyləmək olar. Sanki bunlar yazılmadan öncə, işıqlı və şirin bir səslə oxunmuşlar. Bu mahnılarda xalq mahnılarının ürək döyüntülərini də eşitmək olur:

Neysan

Sən

Hər zaman

“Sudan gələn küzəli qız” san.

Hər zaman günəş bacısı

-Gecədə açılan ay bacası-

Sən

Hər  fəsil yazsan

Baharın ikinci ayısan

Sən.

Ülkər-in dili olduqca axıcı və durudur. Hər canlı özünü yaşama bildrimək üçün öz səsini, öz dilini tapdığı kimi, o da o qədər öz poetik dilini tapmışdır. Şeirlərindəki qafiyələr, Bəxtiyar Vahabzadə-lərin və o biri “Söz ustaları”-mızın sözlərinin önünə qoyduqları tərəzi daşları deyil, suların səsi kimi, ağacların yarpaqlarının pıçıltısı kimi öz-özünə və doğaldır; sanki bunların tapılmasından şairin özünün heç xəbəri yoxmuş və misraların axımıdır bunları doğuran.

Sıra dağların ən uca başı olduğu kimi, bu şeirlərin də ən hündür nöqtəsi mənim üçün, “Vəcd” şeiridir. Bu şeir, şairin yaşama sevgsinin ən qabarıq, ən parlaq örnəyidir. Şair, bu şeirində, dilinin və ruhunun ən yüksək yerlərində gəzib dolaşmışdır.

Bu şeirdən bir parça olaraq:

Bu mənəmmi??

Bu çətinlikdə dünyada

Bu qədər rahat?

Bu mənəmmi tanrım??

İçimdə bu qədər yol

Hər yol

Min yol qolunu

Qucağıma açmış!

Hər höceyrəm bir ayaq

Hər uçurum

Bir üzəngi

Altımda bunca yəhər

Hər nəfəsim

İlxı-ilxı at!

Bu

Mənəm

Mi?!

Varlıq

Nədən bu qədər mənə əziz

Hər nəsnə

Nədən bu qədər mənə özəl

Torpaqla

Bu doğmalıq nədir

Dünyayla bu qədər yoldaşlıq?

Lap ürəkdən deyə bilərəm ki, şair bu şeirini, evində deyil, bir bağçada deyil, yollarda deyil, mənim ruhumun tən ortasında oturub yazmışdır; özü bilmədən, mənim xəbərim olmadan!

Ülkər-in şeirlərini bütünlükdə düşünəndə, gözlərimin önündə belə bir görüntü canlanır:

Artıq quşlar köçüb getmiş; o sərxoş mahnılarından bir iz belə qalmamışdır. Pəncərəmin önündəki ağacların çılpaq budaqlarına qar yağır...qışın soyuq susqunluğu, mahnılaşa biləcək bütün səsləri dondurmuşdur. Görə bilmədiyim bir yerdə bir quş ötür...bu quşun mahnısı, bahardan xəbər vermir; o, özü elə baharın canlı bir dilimidir. Onun səsində, bir daha dünyanı isindirəcək günəşə ümid yoxdur; o, özü elə günəşin bir quş biçimində parçasıdır, odlu-odlu, parıl-parıl...




http://www.dusharge.blogfa.com




نظر
افزودن جدید جستجو
نوشتن نظر
نام:
ایمیل:
 
آدرس سایت:
عنوان:
UBBCode:
[b] [i] [u] [url] [quote] [code] [img] 
 
:angry::0:confused::cheer:B):evil::silly::dry::lol::kiss::D:pinch:
:(:shock::X:side::):P:unsure::woohoo::huh::whistle:;):s
:!::?::idea::arrow:
لطفا کد آنتی اسپم نمایش داده شده در تصویر را وارد کنید.

کامپوننت نظرات بر مطالب، جوملا فارسی توسعه و پشتیبانی توسط گروه نرم افزاری جوملا - http://www.joomla.ir"

 
copyright©2004-2010 www.Moghanshahr.com & www.Moghanshahr.ir
Design By : S.Bagherzadeh 09143533604 :: WebSite : www.sb2max.com :: Email : sb2max@yahoo.com
مشاهده بازدیدهای مطالب و محتوا : 2891781