| Komandantenin ruhu Latın Amerikasını dolaşır |
![]() |
|
Əlli bundan əvvəl Kubaya inqilabı gətirmək üçün Fidel Kastro ilə
yanaşı Ernesto 'Che' Guevara da döyüşürdü. Lakin o zamandan bəri
əksər Latın Ameirkası ölkələrində hökumət sağ təmayüllü
siyasətçilərin əlində olub. Bu sağ təmayüllü hökumətlər isə
bəzən aşırı qəddarlığı ilə seçilən hərbi xuntalar idi.
Çe Gevaranın da inqilabi karyerasına onun Boliviyanın ucqar məktəblərindən birində edamı ilə son qoyuldu. Onun xatirəsini və əfsanəsini səksən-doxsanıncı illərdə vətəni Argentina da daxil olmaqla silməyə çalışırdılar. Lakin bu mümkün olmadı, necə deyərlər Çe qayıtdı. BBC müxbiri Daniel Schweimler Buenos Ayresdədən göndərdiyi reportajda bildirir ki, inqilabi ideayalar 21-ci əsrin latın Amerikasında yenə də populyardır. Onun reportajını aşağıda oxuya bilərsiniz: Buones Ayresin küçələrində yenə də marş keçirilir. Bu dəfə hərbi hakimiyyətin sona çatmasından keçən 25 il və demokratiyanın qayıdışı bayram edilir. Ətrafa nəzər salıram və budur tapdım - bir nəfərin əlində yellətdiyi bayrağın üzərində Alberto Kordanın vaxtilə çəkdiyi o məhşur şəkil - Ernesto Çe Gevaranın şəkli var. Bir qədər aralıda isə üzərində Çenin şəkli təsvir olunmuş köynək geyən başqa biri var. |
![]() |
|
|
|
|
| Azərbaycanda dəm qazından ölənlərin çoxu yoxsullardır |
![]() |
|
|
|
Yeni 2009-ci ilin ilk 3 günü ərzində Azəırbaycanda dəm qazından ümumilikdə 7 nəfər dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən gün Bakı yaxınlığındakı Biləcəri qəsəbəsində bir ailənin 4 üzvü həlak olub. Bundan bir gün əvvəl isə Xırdalandakı fərdi evdə 2 nəfər dəm qazından ölüb. Hər qış mövsümündə olduğu kimi bu mövsümdə insanlar evlərini isitmək üçün müxtəliv qızdırıcı cihaz və avadanlıqlardan istifadə edirlər. Lakin bu cihazların heç də hamısı təhlükəsiz deyil. Buna baxmayaraq son günlərin şaxtalı havası bəzi yerli sakinləri bu riski qulaqardına vurmağa məcbur edir. Son bir neçə gündə paytaxt Bakı və ona bitişik qəsəbə və kəndlərdə dəm qazından zəhərlənmələr barədə məlumatlar yayılıb. Ölkə əyalətlərindən də qara xəbərlər yayılmaqdadır. Lakin dəm qazından zəhərlənmə yalnız evi qızdırmaq niyyətindən irəli gəlmir. Səadət adlı bir qadın BBC-yə bildiirb ki, atası bir müddət əvvəl hamamlanarkən ölümdən dönüb. “Пятиминутка-dan” meydana gələn dəm qazı onun huşunu itirməsinə səbəb oldu. “Anam vaxtında tərpənib təcili yardımı çağırdı. Onu son anda xilas edə bildik", - deyir Səadət xanım. Müttəxəsislər deyirlər ki, bu və ya digər qızdırıcı cihaz və ya sobanın işlədiyi otaq tam qapadılmamalıdır. Əks-halda dəm qazı dar və tam qapalı bir məkana toplanır və insanı qəfildən boğur.
“Azəriqazlayihə” elmi-tətqiqat institutunun əməkdaşı Rüstəm
Bağırov bildirir ki, bir çox insanlar real təhlükədən ya
bixəbərdirlər və yada ki ehtiyat tədbirlərinə əməl etmirlər." Hər ikisi digər qızıdrıcı avadanlıqlarla müqayisədə xeyli ucuzdur. Görünür elə bu amil əhalinin kasıb təbəqəsini məhz onlara üstünlük verməyə vadar edir.
Təəcüblü deyil ki, dəm qazından ölənlərin əksəriyyəti maddi
imkanları baxımından bir o qədər də seçilməyən şəxslərdir. |
|
|
| کئچمیشه بیر باخیش |
| ارســطو مجــــرد |
|
|
|
بیر زامان، 1360- جی اون ایل لییین
سونلاری ، او زامانلار کی مدرسه ده کسایی مروزی ، رودکی ، فردوسی و شیخ
سعدی نین یوروجو و کسالت گتیرن شعرلریندن باشقا گون ادبیاتی باره ده
هئچ بیر قایناق الده یوخ ایدی و خو صو صیله تورک دیلینده آراز
رادیوسوندان قیریق ، تؤکوک قولاغیمیزا ده ین بعضی پارتییا یؤنلو و
ناتورالیستی قوشما و علی آقا واحید غزلیندن باشقا هئچ بیر عاشیق شعر
توپلوسو بئله الده یوخدو ،( بعضی«شعر» لره باخمییاراق مثلاً کریمی نین
رنگارنگ کیتابلارینا!! ) تصادوفن الیمه چاتان یاوا چاپلی دا اولسا ،
فوضولی نین و واحید کلیاتی نین پاراسی لا راستلاشدیم و تورک دیلینده
بیرینجی دفعه اولاراق یاخیندان شعر دئییلن تئرمینله تانیش اولدوم . غزل
فرمونون زیروه سی مولانا فضولی نین ، حکمت،حیرت، عشق و جنون دونیا
سیندا " اویله سرمست" اولوردوم کی داها " ایدراک" ائتمیردیم " دونیا نه
دیر" او گؤهرلی سؤز بارگاهی نین تاجدارین دان مودام اویره نیردیم کی "
سالیکی راهی حقیقت عشقه ائیلر اقتداء " بو سببـــدنده " حیرت ای بت "
دییه ، " دورجی دهانین دان چیخان سؤزلرین" دویوب "لال" اولوردوم! هر آن
جانانین دان شیدا اوره یینه کام ایسته ین و سونرا بیلمه ین کی "کامی
دیلی شیدا نه دیر! " " گون گوندن فزون" ، " نی کیمی" عشقیم " آوازه سین
بلند" ائله ییردی! من او تاجدارین سئحیرلی سؤزلرین آچیب بولدوقدا "
سببی خلقتی آدم" ی دوشونوردوم! و بیلیردیم کی " وادی وحدت حقیقت ده
مقام عشق دیر" سونرا... |
|
|
| (...) |
| بهروز صدیقی |
![]() |
|
1 من بو گون خوشبختم چونكو ريه لريم هله پاپريز ائشمه گه ايمكان وئرير. و دوستوم بورجلاريني اؤده ميش آدديملاريم مندن اؤنده گئدير. شا ما ، شعير واريميزدير. 2
ياغيش یاغیر... سس لنمير سسيم.
سيملرين سو وورموش تئلفونوم كيمي. 3
ياغيش ياغیر... ديلسيز قالان گوموش پوللار جيبلريمده سؤيونور. 4 آغاج ومن ایکیمیز پاییز دوغور
ایچیمیز. |
| http://www.tonqal.blogfa.com/ |
|
|
| Andres Herkel: "Azərbaycanı Belarusa bənzədəcəklər" |
![]() |
|
Azərbaycan Milli Məclisinin prezidentlik müddətlərinin
artırılmasına dair referendumun keçirilməsi barədə qərarı qəbul
olunandan dərhal sonra Avropa Şurası Parlament Assambleyasının
Monitorinq Qrupunun Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelə
zəng etdik. O radiomuza bunları bildirdi. Mən artıq bu barədə bir neçə məqamda fikir bildirmişəm. Birinci şərh bundan ibarətdir ki, bir nəfərə üç və hətta daha çox dəfə seçilmək hüququnun verilməsi qeyri-adi addımdır. Yəni bu, demokratiyalara xas bir iş deyil. İkinci münasibətim bundan ibarətdir ki, bu proses çox tələskənliklə həyata keçirilir. Mən eşitməmişəm ki, bu barədə hər hansı müzakirə və məsləhətləşmələr aparılsın. Bunu da eşitməmişəm ki, hər hansı ekspertlərdən bu barədə məsləhət alınıb. Düşünürəm ki, bu məqam gələcəkdə bizim üçün mühüm məqam olacaq. Monitorinq qrupumuz bu referendumdan əvvəl Azərbaycana səfər edəcək. Mən düzü belə bir tələsik təklifin belə tələskən inkişafından təəccüblənmişəm. Sizcə bu addım Azərbaycanın Avropa məkanındakı vəziyyətini təsirləndirəcəkmi? Mən əvvəldə də dedim. Əksər demokratiyalarda prezidentlik üçün maksimum iki müddət var. Burası bəllidir ki, bundan sonra Azərbaycanı Belarus kimi ölkələrə bənzədəcəklər. Qısası bunun Azərbaycan üçün neqativ aspekti olacaq. |
|
|
| Pentaqon Gürcüstan ordusu barədə |
![]() |
|
|
|
Amerika Birləşmiş Ştatlarının hökümət hesabatında Gürcüstanın hərbi qüdrəti nəzərdən keçirilib. Bu hesabatda dərc edilən qənaətə görə, Gürcüstanın silahlı qüvvələrini müasir döyüş qüvvələri səviyyəsinə çatdırmaq üçün əsaslı islahatlara ehtiyac var. Nyu-York Taymz (New York Times) qəzetinə sızmış məlumata əsasən, Pentaqonun hazırladığı bu hesabatda həmçinin Gürcüstan silahlı qüvvələrində pis idarəçilik və qeyri-peşəkar rəhbərlik kimi halların geniş vüsət alması qeyd olunur. Pentaqonun hesabatında əksini tapmış Gürcüstan ordusunun döyüş imkanlarının qiymətləndirilməsi avqust ayında Rusiya ilə Gürcüstan arasında qısamüddətli müharibədən az sonra edilib. Həmin müharibə nəticəsində Gürcüstanın sılahlı qüvvələri 200-ə yaxın əsgər itirmiş və respublikadan qopmuş Cənubi Osetiya bölgəsindən çıxmışlar.
Müxbirlər deyirlər ki, Pentaqonun bu hesabatı barədə mətbuata
sızmış məlumat prezident Mixail Saakaşvilinin imicinə daha bir
zərbədir. Ona etimad Rusiya ilə müharibədən sonra xeyli azalmışdır. |
|
|
| NATO Rusiya ilə təmaslara başlayır |
![]() |
|
|
|
Avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra NATO və Rusiya sabah, cümü günü ilk dəfə yüksək səviyyədə danışıqlar keçirəcəklər. NATO-nun bir rəsmi nümayəndəsi deyib ki, Şimali Atlantika Alyansının baş katibi Yaap de Hup-Skeffer (Jaap de Hoop Scheffer) Rusiyanın NATO-dakı elçisi Dmitri Roqozinlə görüşəcək. Bu görüş Brüsseldə qeyri-rəsmi şam yeməyi şəraitində keçəcək.
NATO üzvləri bu ayın əvvəllərində Rusiya ilə ünsiyyətin tədricən
bərpa edilməsinə razılaşmışlar. Hərçənd eyni zamanda bildirilmişdi
ki, Gürcüstanda müharibədən sonra rəsmi Moskva ilə əvvəlki
əməkdaşlıq barədə söhbət belə olmayacaq. |
|
|
| ترجمه ی سه شعر از ســـه شاعر معاصر آذربایجان |
| مترجم : ارســطو مجــــرد |
![]() |
| زمستان |
| ناصر مرقاتی |
|
زمستان زمخت ریشه دوانده در اعماق ؛ خاک خسته ، حسرت سبزینگی از یاد نمی تواند برد؛ و حیات ِ ناکام در تمنای پیرهنی ابریشمین عریان است ؛ آه ... ای پرنده های مهاجر که همزیستی را پاس می دارید ، هر کدام از شما موی تان به رنگی دیگر است ؛ و شکوه هاتان از قفس های تنگ دورتر نمی رود ؛ هر کدام در دیگر گونه گرمسیری هر کدام در دیگر گونه شاخه یی ؛
اینجا زمستان ، چه سوزناک ، چه زمخت ،
چه کدر است ! |
|
|
| لب های ترک خورده |
| بهروز صدیقی |
|
من از کدام سو می آیم ؟ کدامین سو ؟! - از کومه هایی که یخ بسته زندگی شان شعر نفرت در لبان ترک خورده ام ای سرفرازان حقیر ! سر فرازان حقیر !! من از کدام سو می آیم ؟ - کدامین سو ؟! از میان آنها که صورتکهاشان عینهو زمانِ خستگی روز است من کدام سو می روم
کدامین سو ؟! |
|
|
| تندیس آزادی |
| آیدین آراز |
|
آنروز دریافتم؛ سرزمین پرنده هاست دیار تان ! در آسمان آبی شما نیست تابلوی« پرواز ممنوع » و بمب ها در زاغه زنگار می بندند . نوشته بودند : تندیس آزادی در شهرتان به جواهر آمیخته می شود ! چه می توان گفت در دیار پرنده ها نیز دروغ می بافند ... دیشب از این سرزمین هزاران راکت و بمب های گران بر خانه ی همسایه ریخت ! صدها پرنده در آشیانه شان شکستند ؛ و در حالیکه جان می سپردند، به هیاهای آزادی تان خنده زدند ! افتادند !
و شکستند ... |
|
|
| Aİ keçmiş sovet respublikalarına yardımı artırır |
![]() |
|
Avropa Komissiyası Avropa İttifaqına beş keçmiş sovet
respublikası və Ukrayna ilə münasibətləri sıxlaşdırmaqla özünün
şərq astanasında sabitliyi möhkəmləndirsin.
Komissiya bildirib ki, Avropa İttifaqı Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada "daha yaxşı idarəetmə və iqtisadi inkişafda həyati dərəcədə maraqlıdır. Komissiya İttifaq üzvlərinə bunu da tövsiyə edib ki, adı çəkilən ölkələrlə təhlükəsilik və müdafiə məsləhət, iqtisadi yardım və azad ticarətə imkan verən sazişlər imzalansın. Avropa Şurasının hesabatında Avropa İttifaqına tövsiyə edilir ki, adıçəkilən 6 keçmiş sovet respublikasına yardım üç dəfə artıralaraq 2020-ci ilədək 1,5 milyard avroya çatdırılsın. Bu hesabat Avropa liderlərinin gələn ilin martında keçiriləcək sammitinddə müzakirə olunacaq. Avropa Komissiyasının sədri Xose Manuel Barroso bildirib ki, ötən yayda Rusiya və Gürcüstan arasında münaqişə Moskvanın bu ölkələrdəki təsir gücünü nümayiş etdirib. O qeyd edib ki, yeni təkliflər Avropanın yeni nüfuz sərhədləri barədə təkliflər deyil, sadəcə olaraq Avropa lazımi islahatları həyata keçirmək istəyində və qabiliyyətində olan keçmiş sovet respublikalarına yardım təklif edir. Cənab Barroso bildirib ki, Avropanın şərq qonşiları ilə münasibətlərinin sahifəsini açmaq lazımdır. Avropa Komissiyasının hesabatı həmçinin son illərdə yanacaq təchizatı sahəsində yaranmış mübahisələri də əks etdirib. Deyilir ki, böyük qaz və neft ehtiyatlarına malik Rusiya bu sahəyə az investisiya yatırsa da, öz təsir gücünü rusduilli əhalisi çox olan ayrı ölkələrdə artırmağa çalışır. Hesabatda həmçinin Rusiyadakı demokratiya və insan haqlarından narahatlıq ifadə olunur. Hesabatda deyilir ki, Avropa İttifaqı keçmiş sovet respublikalarına daha yaxşı əlaqləndirilmiş alternativ qaz və neft kəmərləri yaratmaqda kömək etməlidir. Avropa İttifaqı Qafqazdan və Mərkəzi Asiyadan gələn qaz və neftin Rusiyadan kənar keçməsini arzu etsə də, Rusiya bu regionlardan kəmərlərin məhz onun ərazisi ilə getməsinə can atır. Avropa Komissiyasının hesabatında qeyd olunur ki, bu enerji təchizatını çox kövrək vəziyyətə salardı.
Lakin hesabatda bu da qeyd olunur ki, sadalanan tərəqqilərin
həyata keçməsi üçün keçmiş sovet respublikalarında demokratiya və
insan haqlarının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin
olunması zəruruidir. |
|
|
| MM 2009-cu il üçün dövlət büdcəsini təsdiqləyib |
![]() |
|
Əsas iqtisadi qanunun qəbul edilməsi lehinə 92 nəfər, əlehinə isə 8 nəfər səs verib. Azərbaycan dövlət büdcəsinin 2009-cu il üçün layihəsi neftin bir barrelinin 70 dollar qiymətində hesablanması əsasında hazırlanıb. Bəs görəsən dünya bazarında neftin qiymətinin aşağı düşməsi tendensiyasının davam etdiyi bir zamanda Azərbaycan hökumətinin büdcədə göstərilən neftin qiymətinə korrektələr etməməsi ölkənin maliyyə sistemi üçün hər hansı problemlər yarada bilərmi? Dövlət büdcəsinin 2009-cu il üçün layihəsinin müzakirəsi zamanı büdcənin neftin hər barrelin 70 dollar məbləğində dəyərləndirilməsi şəraitində hazırlanması millət vəkillərinin əsas tənqid hədəfi olsa da, hökumət öz mövqeyini dəyişmədi. Büdcənin əleyhinə səs verdiyini bildirən millət vəkili Arzu Səmədbəyli deyir ki, 2009-cu ilin büdcəsi şəffaf büdcə deyil və şişirtmə rəqəmlər üzərində qurulmuş sənəddir. Amma büdcənin lehinə səs verdiyini bildirən Yeni Azərbaycan Partiyasının içraçı katibinin müavini Səyavuş Novruzov neftin qiymətinin hələ bəlkə də artacağına, artmayacağı təqdirdə isə neft fondunun vəsaitləri hesabına büdcədə yarana biləcək kəsirin doldurulacağını deyir. Milli Bankın prezidenti Elman Rüstəmovun fikrincə isə, Azərbaycan büdcəsinə neft fondundan gələcək pulun manatla hesablanması büdcəni 75%-ni neftin qiymətinin aşağı düşməsi təhlükəsindən qoruyur. Qalan 25% isə büdcənin daxili imkanları hesabına da ödənə bilər. İqtisadi tədqiqatlar mərkəzinin rəhbəri Gubad İbadoğlunun fikrincə, Azərbaycanın neft fondundan kənarda ölkənin valyuta ehtiyatları cəmi 5 milyard dollardır və dünya valyuta bazarında vəziyyətin pisləşməsi bu pullara güvənməyə imkan vermir və ölkə yenə də ümidini neftin qiymətinin artacağı günə bağlamalı olacaq. Odur ki, Qubad İbadoğlu deyir ki, neftin dünya bazarında ucuzlaşdığı təqdirdə büdcəni 1 barrel neftin qiymətini 70 dollarla hesablayan hökumət ya vəziyyətdən neft fondunda olan vəsaitlərdən istifadə ya da bəzi iri layihələrdən imtina hesabına çıxa bilər. Və hökumət birinci variantı seçərsə neft gəlirlərinin nəsillər arasında bərabər bölünməsi prinsipi pozula bilər. Hazırda Azərbaycan Neft fondunun aktivləri 13 milyard manat təşkil edir. Azərbaycan neft tədqiqat mərkəzinin hesablamalarına görə, Azeri Light nişanlı neftin orta illik qiyməti 1 barrel üşün $70 olarsa gələn ildə Neft fonduna gözlənilən daxil olmalar $17milyard yarım təşkil edəcək.
Yox bu qiymətlər ən azı 10 dollar belə düşsə neft fonduna
proqnozlaşdırılan gəlirlərin həcmi də 2 milyard yarım azalacaqdır.
Odur ki, ekspertlər çıxış yolunu gec-tez Azərbaycan büdcəsinin
neftdən gələn pullar üzərində deyil, qeyri-neft sektorunun inkişafı
hesabına vergilərdən gələn gəlirlər üzərində qurmaqda görür. |
|
|
| Bu gün qadınlara qarşı zorakılıqla mübarizə günüdür |
![]() |
|
BMT deyir ki, hər üç qadından biri həyatında heç olmasa bir dəfə
zorakılıqla üzləşib |
|
|
| Rusiyada gələn il işsizliyin artacağı gözlənilir |
![]() |
|
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi gələn ilin əvvəlində işsizliyin artacağını gözləyir Bildirilir ki, ixtisarlar ilk növbədə maliyyə fəaliyyəti, ticarət, tikinti, təbii ehtiyatların işlənməsinə toxunacaq. Bu arada hökumət böhranın real iqtisadiyyatda özünü göstərməsinin qarşısını almaq üçün vergiləri artırır. Habelə qeyd olunur ki, neftin qiymətinin kəskin düşməsi büdcə xərclərini azaltmayacaq, ölkənin böyük ehtiyatları var. Düzdür, bir çox ekspertlərə görə, bu ehtiyatlar bəs etməyə də bilər, Rusiya 2 aya artıq öz qızıl-valyuta ehtiyatlarının 20 faizindən artığını xərcləyib. Rusiya hökumətinin özündə artıq bildirirlər ki, ilk əvvəl tam əksəriyyət üçün tam mücərrəd görünən maliyyə böhranı yavaş-yavaş real iqtisadiyyata keçib miqyaslı iqtisadi böhrana çevrilir. Əksər müşahidəçilərin fikrincə, ölkə hələ böhranın əvvəlindədir, böhranın dibi isə təxminən gələn ilin yazına təsadüf edə bilər. Elə məhz həmin vaxta da işsizliyin xeyli artması gözlənilə bilər. Bu baxımdan hökumət artıq indidən iqtisadiyyatı canlandırmaq üçün müəyyən addımlar atır. İlk növbədə müəssisələrdə daha çox vəsaitin qalması və deməli onların öz işçilərinə daha qayğıyla yanaşması üçün yanvarın 1-dən mənfəət vergisi azaldılır. Bunu baş nazir Vladimir Putin bəyan edib: "2009-cu ilin yanvarın birindən mənfəət vergisi 4 faiz endiriləcək. İkinci addım, indi xırda biznesə 15 faizlıq vergi qoyulur. Təklif edirəm ki, bölgələrə bu vergini 5 faizə qədər aşağı salmaq imkanı verilsin", deyib Vladimir Putin. Baş nazir qeyd edib ki, büdcə bu işdən təxminən 15 milyard dollar zərər çəkəcək. Lakin Vladimir Putinə görə, bu pullar iqtisadiyyatda qalıb ona kömək edəcək. Düzdür, büdcə tək vergi kəsirlərinə görə zərər çəkməyəcək, neftdən gələn mədaxillər də xeyli azalacaq. Maliyyə naziri Aleksey Kudrin: "Gələn ilin büdcəsinə neftin qiyməti 1 barrelə 95 dollar qoyulub, ancaq bizim ilkin hesablamalarımıza görə, gələn il real qiymət 50 dollar olacaq. Bu büdcədəki rəqəmlərdən xeyli azdır, ancaq bu bizim büdcə öhdəliklərimizə təsir etməyəcək. Bu o deməkdir ki, biz gələn il ehtiyyat fondunu artıra bilməyəcəyik, qiymətlərin 70 dollardan aşağı düşməsi təqdirdə isə hazırkı ehtiyyat fondundan vəsaitləri çıxarmalı olacayıq". Ehtiyat fondu neftin yüksək qiymətləri zamanı əlavə gəlirlərdən formalaşıb və indi təxminən 130 milyard dollar təşkil edir. Bu Rusiyanın özünəməxsus neft fondudur. Hərçənd ki, iqtisadiyyat professoru Ruslan Xasbulatova görə, tək bu ehtiyat fonduna bel bağlamaq düzgün deyil: "Gələcəkdə kifayət qədər mürəkkəb hadisələr ola bilər, iqtisadi böhran dərin ola bilər və ehtiyyat fondu bəs etməyə bilər. Hökumətin vergiləri azaltmaq qərarını da mən ö cümlədən tək ehtiyat fonduna bel bağlanılmamasıyla izah edirəm. Digər addım kimi isə varlılar üçün vergilərin artırılmasıdır", deyir professor Xasbulatov. Düzdür, digər iqtisadçı Aleksandr Krılov guman edir ki, indi hökumət varlılar üçün vergilərin artırılması kimi addımlara getməyəcək: "Zənnimcə, indi böhran vəziyyətində hökumət sərt addımlara getməyəcək. İndi hökumətin əsas qayesi panikanın qarşısının alınmasıdır. Ona görə də banklara nəhəng pullar ötürülür ki, onlar əmanətçilərin bütün tələblərini təmin etsinlər, əsas panikanın qarşısı alınmasıdır, buna ölkənin ehtiyatları xərclənir", deyir cənab Krılov. Doğrudan da hələlik hökumət rublun əsaslı
qiymətdən düşməsi və bank sisteminin əhəmiyyətli etibardan
çıxmasının qarşısını ala bilir. Ancaq bu hökumətə nəhəng xərclərə
oturub - 2-3 ay öncə ölkənin qızıl valyuta ehtiyatları təxminən 600
milyard dollar təşkil edirdisə indi təxminən 450 milyard dollar
qalıb. |
|
|
| قومــــــــلاقدا |
![]() |
| ə.m |
|
. . . بورادا ، ساچلار کوله یه وئریلمز٬ ایسلانماز یاغمورا و دنیز سنی اؤپه مز هئـــچ ! سن بیزیم ائله آچیقجا یاد ، ائله کی ناریم - دؤزه مزسن ! بو دمیر شه هرده ، ماوی روحلار آغیر آغیر پالتارلار ایچره و گون لر سانکی بیر اووج قوم ، ساورولور قومـــلاقدا ! هر شئی یاد سنه ، هر شئی اوزاق ؛ ناریم ! قایتارا بیلرمیسن اوچاق بیلیطینی !
|
|
|
| کيمليييميزي دانان سئوگي مکتوبو |
|
|
|
يئني تحصيل ايلي
موناسيبتي ايله کيمليييميزي دانان سئوگي مکتوبو |
|
يارپاق قزئتينين باش يازاري ايواز طاهانين ايراندا يئني تحصيل
ايلينين باشلانماسي موناسيبتي ايله شاگيردلر و اؤيرهنجيلره آچيق
مکتوبو |
|
|
| "درد داش" |
![]() |
|
توپوروم بیر بئله وارلیق دئییلن یوخلوغا من کی منیم و سنین وبیزیم باختیمیزا قانلی قارانلیق قالاییر. درد داشیم دردلی آنام آغریير دردلی باشیم سرگیلن تابوتومو سورونوب اؤلمه یه دوغرو یول آشیم آغریير دردلی باشیم.
|
| http://www.tonqal.blogfa.com/ |
|
|
| Amerikada maliyyə böhranına dair sammit keçirilir |
![]() |
|
Dünya iqtisadiyyatının 85 faizinə malik olan 20 ölkənin
liderləri maliyyə böhranından çıxış yolları ətrafında fikir
mübadiləsi aparırlar. |
|
|
| زیـــل چالدیــــغیندا |
![]() |
| یازار : حولیا آکتـاش کؤچورن( اورژینال لهجه یله ) : ارسطو مجـرد |
|
گوزه ل بیر باهار گونشی سیرالارین
آراسیندا اؤیرنجی لره گؤز کیرپاراک دولاشییوردو . بیر آن اؤنجه ، زیل
چالار چالماز دیشاری فیرلامالارینا گیزلی بیر داوعتییه چیکارتییور گیبی
دی. تنففوسته چوجوکلار آلا بیلد یینه کوشوپ اوینالارکِن، او دا
آرکالاریندان ایسسیسی و ایشیغیلا دانس ائده جک ، بیر نئوی کندینه اؤزگو
جوشکوسویلا اویونلارینا کاتیلاجاکتی . باهار آیلاری اییجه ایلئرلئییپ
نئرئدئیسه یاز سیجاکلاری باشلادیغی ایچین چوجوکلارین درسه ایلگی سی
اییجه آزالمیشتی ذاتِن . شیمدی تک دوشونجه لری بیر آن اؤنجه تاتیله
گیریپ گؤنوللرینجه کوشوپ اویناماک ، گونشین ، دنیزین ، کومون تادینی
چیکارتماکتی . یئنی بیر ییل گلمه دن اؤنجه گئچن ییلین یورقونلوغونو
آتماک ، ذیهنن و بدنن جاپجانلی ، بیر اوست صینیفا باشلاماکتی . حایال
لری ، اومیت لری ، بو اومیت لرینین اؤته سینده عاییله لریله بیرلیکته
یئنی بیر ییلا باشلاما اومیتی اولمایان بیری داها واردی صینیف لاریندا
: اؤیرتمن لری ... |
|
|
| سئویملی دوستوم"بابک آذری" اوچون |
![]() |
|
سن اورييم مئشهسينده دؤرد فصيلده گؤم ـ گؤي قالان بوی بوخونلو بیر آغاجسان. من بيليرم سؤز دوشنده كؤنول آدلي بير ملكدن مني يادا سالاجاقسان. دردين، كؤرپه اورييمده قالانديقجا قالاجاقسان. اؤز الينله ياراتديغين آتشینه یاناجاقسان يانا ـ يانا آناجاقسان.
|
| http://www.tonqal.blogfa.com/ |
|
|
|
Niyə armud almadan tez çürüyür? |
|
|
|
Belə görünür ki, indi alimlər bunun
səbəbini aşkar ediblər. Buna səbəb oksigenin meyvə dərildikdən sonra
onun çəyirdəyinə yol tapmasıdır. Aydın məsələdir ki, almada hava armuddakından daha çoxdur. Onların hər ikisini su dolu qaba atsanız alma suyun üzündə qalacaq, armud isə suyun dibinə düşəcək. Amma alimlər bir şeyi başa düşməkdə çətinlik çəkiblər. Görəsən, oksigen meyvənin əti ilə necə hərəkət edir. Bu olduqca önəmli məsələdir. Çünki meyvələr çürümənin və əzilmənin qarşısını almaq üçün şəkər hasil edirlərsə, nəfəs almağı da davam etməlidirlər. İndi araşdırma dəstəsi bu meyvələri dünyanın ən iri rentgen maşınına salıb. Məqsəd oksigenin çəyirdəyə çatmaq üçün hərəkət etdiyi ən xırda məsamələri və kanalları görməkdir. Onlar aşkar ediblər ki, hava almadakı boşluqlardan daha rahatlıqla keçir. Tullantı meyvə-tərəvəz sənayesi üçün böyük problemdir. Yeni informasiyadan onların saxlanması üçün şəraitin yaradılmasında istifadə ediləcək. |
|
|
|
یئنی بیر کیتاب " معیار دیل" |
|
|
|
ایواز
طاهانین «معیار دیل» آدلی کیتابچاسی ایشیق اؤزو گؤردو. بو اثر تیر آیینین
اونوندان هلهلیک تبریز، تهران و زنجاندا ساتیشدا اولاجاق. موللیف بو
کیتابدا معیار دیلین گئرچکلشمهسینی انگللهین مانعهلری آراشدیریر،
بعضی اؤنهریلر ایرهلی سورور. کیچیک حجملی بو کیتابدا آشاغیداکی
مؤوضوعلار اینجهلهنیر: ـ تاريخي سيناقدان قارماقاريشيق يازي آخينلاريناجان ـ آغيز ديلي و ميللي دوشونوش ـ معيار ديل و شعريميزين نثره اوستونلويو ـ يئرلي راديو و تلويزيونلارين جالاق دیلی ـ اينتئرنئت؛ منفي و مثبت ائتکیلر ـ معيار ديل و چئشيدلي يازي آخيملاري ـ گراماتيکايا دؤنوش ـ بيزده ايصطيلاح يوخسوللوغو وار |
|
|
|
دکتر "داوود شریفی"نین یاشیل روحونا اتحاف |
|
|
|
یاشیل یارپاقلی بیر آغاجین بوداقلاریندا گؤیره ن تومورجوق.اورمان قونشولوغوندا باهار باهار دئییه هایقیران بولاق. ایچیمزده اینسان بئجردن بیر اینسان."وارلی موغان" چؤللری نین امک ایتیر مه ین ناغیل اوغلو. ظولمه قارشی بئش آچیلان"کؤهنه قاراداغ توفنگی"قورتاریجی اللره ییه.گؤیرچین اوچوشونا بنزه ین کؤنول آلان گولوشو. جیسم وروح دیده رگین لیگینه قارانلیقدا مایاق....ardını var |
|
|
|
POSTMODERNİZM NƏDİR? |
|
|
|
ANLAM XƏSTƏLİYİ VƏ QAYNAQ NOSTAGİYASI |
|
|
|
گلهنك و سوسيال قوزوم لارار |
|
|
|
داملار گلهنكلرده (سنتلرده) اولان ثباتليغا گؤره، اونلارا ياپيشير. گلهنك، سوسيال قورولوشلارا اوخشايان بير شئي ياراديركي بيز او اساسدا تنقيده ياخينلاشماغين فورمونو تاپيب، دهييشيكلييه و رئفورما ال ووراق.ardını var |
|
|
|
Qopardim |
|
|
|
lğımlara sarılan
baxımlarımı, |
|
|